AZ

Dünyanın ən çirkli və ən təmiz hava siyahısı açıqlandı

Maraqla gözlənilən siyahı bəlli oldu...

İsveçrənin hava monitorinq agentliyi IQAir tərəfindən yayımlanan 2025-ci il Dünya Hava Keyfiyyəti Hesabatına görə, 143 ölkə və 9 min 446 şəhərdən toplanan məlumatlar hava çirkliliyi ilə mübarizədə bərpa olunan enerji yatırımlarının artırılmasının və təmiz enerjiyə keçidin kritik əhəmiyyət daşıdığını göstərir.

SİYAHI AÇIQLANDI

Elektrik istehsalının böyük hissəsini fosil yanacaqlardan əldə edən Yeni Dehlidə enerjinin əhəmiyyətli hissəsi milli şəbəkədən təmin olunduğu üçün ölkənin fosil yanacaq asılılığı ilə paralel mənzərə ortaya çıxır.

Məlumata görə, dünya üzrə yalnız 13 ölkə və region Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi illik 5 mikroqram/kubmetr (μg/m³) PM2.5 limit göstəricisini qarşılayır.

PM2.5 havada olan və diametri 2,5 mikrometrdən kiçik olan incə hissəciklərdir. Bu hissəciklər tənəffüs yolu ilə ağciyərlərə daxil olaraq uzunmüddətli ciddi sağlamlıq riskləri yaradır.

ORTA VƏ CƏNUBİ ASİYA ÖN PLANDADIR

Yeni Dehli 2025-ci ildə də yüksək çirklilik səviyyəsini qoruyaraq ardıcıl səkkizinci dəfə dünyanın ən çirkli paytaxtı olub.

Banqladeşin paytaxtı Dəkkə, Tacikistanın paytaxtı Düşənbə və Çadın paytaxtı N’Djamena ən çirkli şəhərlər sırasında yer alıb.

Digər tərəfdən, hava keyfiyyətinin ən yaxşı olduğu paytaxtlar arasında Fransız Polineziyasından Papeete birinci yerdə qərarlaşıb. Puerto Rikonun paytaxtı San Xuan və Barbadosun paytaxtı Brictaun da siyahının yuxarı sıralarında yer alıb.

Ankara isə hava keyfiyyətinə görə siyahıda 80-ci yerdə qərarlaşıb.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə hava keyfiyyətinin pisləşməsində ətraf mühit amilləri də mühüm rol oynayıb. Xüsusilə Kanada və Avropada rekord səviyyəyə çatan meşə yanğınlarının yaydığı hissəciklər qlobal hava keyfiyyətinə mənfi təsir göstərib.

Seçilən
51
aznews.az

1Mənbələr