AZ

Şəkər və buğda unu xərçəng riskini artırır

Kardioloq Aurelio Rojas bildirib ki, iki məhsul xərçəng və bir çox digər xəstəliklərin inkişafına səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "El Confidensial" yayıb.

Rojasın sözlərinə görə, süd vəzi, böyük bağırsaq, mədə və prostat xərçəngi olan insanlarda tez-tez qanda yüksək insulin səviyyəsi müşahidə olunur. “Insulin şiş hüceyrələri üçün gübrə kimi işləyir, onların böyüməsini və çoxalmasını stimullaşdırır və məhv olmalarını əngəlləyir”, — deyə həkim izah edib.

Həkim hiperinzulinemiyanın əsas səbəbləri kimi şəkər və təmizlənmiş buğda ununu göstərib. Bu iki məhsulun digər mənfi təsirləri arasında infarkt, insult və ürək-damar sistemi xəstəlikləri də var. “Onlar qanda insulin səviyyəsini nəzarətsiz və kəskin şəkildə yüksəldir”, — Rojas xəbərdarlıq edib.

Aytəkin TOFİQQIZI

Seçilən
78
1
redaktor.az

2Mənbələr