AZ

"Özümü elə köməksiz hiss edirəm ki, bunu dillə demək çətindir" - Yan Urban

Dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında İsveçə uduzaraq (2:3) mundiala yollana bilməyən Polşa millisinin baş məşqçisi Yan Urban matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Özümü elə köməksiz hiss edirəm ki, bunu dillə demək çətindir. Belə üzücü sonluqdan sonra yaxşı oynadığımızı bilmək çox məyusedicidir. Fikrimcə, bizim oyunumuz onları təəccübləndirdi. Amma sona yaxın qol buraxırsansa, məğlubiyyətlə barışmaq olmur. Biz iki dəfə hesabı bərabərləşdirsək də, matçın sonlarında onların azarkeşləri tribunada öz işlərini layiqincə gördülər". 

Toğrul

Seçilən
23
1
fanat.az

2Mənbələr