AZ

​Türkiyədə erkən seçki olacaq?

Türkiyənin siyasi həyatında yenidən gərginlik yaranıb. Müxalif Cümhuriyyət Xalq Partiyasından (CXP) olan bələdiyyə sədrlərinin ard-arda həbs olunması hakimiyyətlə opponentləri arasındakı ziddiyyətləri daha da kəskinləşdirib.
Metbuat.az xəbər verir ki, CXP sədri Özgür Özel erkən seçkinin anonsunu verib. Müxalifət lideri hakimiyyətə “sarsıdıcı zərbə” vurmağa hazırlaşdıqlarını bildirib. “Yaxın günlərdə qərarımızı açıqlayacağıq. Konstutusiya ölkədə erkən seçki tələb edir”, - deyən Özel tezliklə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcəyini açıqlayıb. Türkiyə mediası CXP sədrinin açıqlamasına dair mülahizələrini bölüşüb. KİV iddia edib ki, CXP-ni təmsil edən 22 deputat gələn həftə parlamentdən istefa verəcək. “Hazırda Türkiyə Böyük Millət Məclisində 8 deputat yeri boşdur. 22 deputat istefa verəndə parlamentdəki boş deputat yerlərinin sayı 30-a çatacaq. Türkiyənin seçki qanunvericiliyinə görə, 30 deputat yeri boşalanda ölkədə yeni parlament seçkiləri keçirilməlidir”, - Türkiyə mediası belə yazıb.

Qeyd edək ki, CXP-dən seçilmiş 16 bələdiyyə sədri son iki ildə müxtəlif səbəblərlə vəzifədən uzaqlaşdırılıb. CXP bunu müxalifətə qarşı siyasi təzyiq kimi qiymətləndirir.

Seçilən
10
metbuat.az

1Mənbələr