AZ

Türkiyə ilə Gürcüstan arasında siyasi məsləhətləşmələr keçirildi

BAKI, 1 aprel. TELEQRAF

Ankarada Türkiyə və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş Türkiyə xarici işlər nazirinin müavini Ayşə Berris Ekinci və gürcüstanlı həmkarı Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilib.

Məsləhətləşmələr zamanı Türkiyə və Gürcüstan arasındakı ikitərəfli münasibətlər, habelə aktual regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
42
teleqraf.com

1Mənbələr