AZ

İnvestisiya təşviqi sənədlərinin verilməsi müddəti uzadılıb

Bakı. Trend:

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznesmühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılmasıməqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar2029-cu il tarixinədək uzadılıb.

Trendİqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlıAzərbaycan Respublikası Prezidentinin 6 fevral 2026-cı il tarixliFərmanına əsasən investisiya təşviqi sənədi aşağıdakı stratejiistiqamətlər üzrə layihələrə veriləcək:

· Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz,kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsallayihələri;

· Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalılayihələri;

· Tullantıların idarə olunması və təkrar emalı layihələri;

· Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

· Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənayeməhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsallayihələri;

· 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiyamüsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesimüəssisələrinin istehsal layihələri;

· Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən,yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalınəvəzlənməsini) və ya qeyri-neft-qaz sektorunun ixrac potensialınınartırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrininyaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk”(“First in Azerbaijan”) layihələri;

· Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı(qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;

· Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyathissələrinin istehsalı layihələri;

· Hərbi təyinatlı məhsulların istehsalı layihələri.

Qeyd olunan istiqamətlər üzrə layihələrin həyata keçirilməsiyerli xammaldan istifadəni artıracaq, idxalın əvəzlənməsinə vəqeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasına xidmətedəcək. Bu təşəbbüslər dövlət-özəl tərəfdaşlığı modelinininkişafına, yeni texnologiyaların ölkəyə cəlbinə və sənayesektorunda innovativ həllərin tətbiqinə əlavə təkan verəcəkdir.

İnvestisiya təşviqi sənədi həmin sənədin əldə olunduğu tarixdənetibarən 7 il müddətində Azərbaycan Respublikasının VergiMəcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan RespublikasınınQanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verənsənəddir. İnvestisiya təşviqi sənədi verilmiş layihələr torpaq vəəmlak vergisindən, eləcə də texnika, texnoloji avadanlıq vəqurğuların idxalına görə gömrük rüsumu və əlavə dəyər vergisindən(ƏDV) azad olunur. Eyni zamanda bu layihələr üzrə mənfəət və yagəlir vergisinə 50% güzəşt edilir.

Qeyd edək ki, investisiya təşviqi mexanizmi ölkəmizdə 2016-cıildən tətbiq olunur. Bu günədək 527 sahibkarlıq subyektinə 632investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqisənədi verilmiş 550-dən artıq layihə fəaliyyətə başlayıb, digərlayihələrin qurulması üzrə işlər davam etdirilir. İndiyədək 1,4milyard ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqlarınvə qurğuların idxalı üçün 6497 təsdiqedici sənəd verilib vəsahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan337,9 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib.

Sahibkarlar investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyatNazirliyinə və ya KOB evlərinə (Bakı, Gəncə, Xaçmaz, Yevlaxşəhərləri) müraciət edə bilərlər.

İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan stratejiinvestisiya layihələrinin istiqamətləri və təşviq sənədini almaqüçün lazım olan sənədlər barədə İqtisadiyyat Nazirliyinintabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)131 Çağrı Mərkəzinə müraciət etməklə ətraflı məlumat əldə etməkolar.

Məqalədə:
Seçilən
33
9
az.trend.az

10Mənbələr