AZ

AZANS 30 illik inkişaf yolu: Azərbaycanın hava məkanı qlobal tranzit şəbəkəsində mövqeyini gücləndirir (FOTO)

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS)fəaliyyətinin 30 illiyini qeyd edir. Bu müddət ərzində AZANSölkənin hava məkanının idarə olunmasında ardıcıl inkişaf yolukeçərək müasir, təhlükəsiz və səmərəli aeronaviqasiya sisteminiformalaşdırıb.

Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas hava nəqliyyatıdəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin qlobal havanəqliyyatı sistemində strateji rolunu müəyyən edən əsasamillərdəndir. Son dövrlərdə regionda baş verən dəyişikliklərfonunda bu mövqe daha da möhkəmlənib və Azərbaycan hava məkanıbeynəlxalq aviasiya üçün etibarlı tranzit marşrut kimi ön planaçıxıb.

Bu tendensiya son illərin statistik göstəricilərində də aydınşəkildə əks olunur. Belə ki, 2021-ci ildə 80 880 olan uçuş sayı2025-ci ildə 342 167-yə çataraq ölkənin qlobal hava nəqliyyatısistemində rolunun nəzərəçarpacaq dərəcədə genişləndiyini nümayişetdirir.

Xüsusilə tranzit daşımalar üzrə müşahidə olunan dinamika diqqətçəkir. 2021-ci ildən etibarən Azərbaycanın hava məkanı üzərindəntranzit uçuşların həcmi 360% artıb. Bu proses fonunda Bakı UçuşMəlumat Bölgəsi (Baku FIR) üzrə gündəlik tranzit uçuşların sayıbəzi günlərdə 830-ə qədər yüksələrək əməliyyat intensivliyininartdığını aydın şəkildə göstərir.

Eyni zamanda, hava məkanından istifadə intensivliyi dəəhəmiyyətli dərəcədə artıb. 2021-ci ildə 0,49 olan uçuş sıxlığıgöstəricisi 2025-ci ildə 2,07-yə yüksələrək mövcud resurslardandaha səmərəli istifadə olunduğunu nümayiş etdirir.

Bu dinamika beynəlxalq aviaşirkətlərin Azərbaycan hava məkanınamarağında da öz əksini tapır. Hazırda AZANS gündəlik Azərbaycanhava məkanından istifadə edən təxminən 300 beynəlxalq aviaşirkətinetimadını qazanıb.

Eyni zamanda, AZANS-ın azad edilmiş ərazilər üzərində havaməkanının açılmasında rolu xüsusi qeyd olunmalıdır. Qısa müddətərzində regionda aeronaviqasiya infrastrukturu bərpa edilib, yenimarşrut şəbəkəsi formalaşdırılaraq beynəlxalq aeronaviqasiyasistemlərinə inteqrasiya olunub və bununla da hava nəqliyyatıəlaqələrinin operativ şəkildə bərpası təmin edilib.

Artan əməliyyat yükünə baxmayaraq, AZANS müasiravtomatlaşdırılmış Hava Hərəkətinin İdarə Edilməsi (ATM)texnologiyaları, qabaqcıl rəqəmsal həllər və optimallaşdırılmışhava məkanı strukturu vasitəsilə uçuşların təhlükəsiz və fasiləsizidarə olunmasını təmin edir. Bu sistemlərin effektiv fəaliyyəti isəyüksək ixtisaslı kadr potensialı və davamlı peşəkar hazırlıqladəstəklənir. AZANS mütəmadi olaraq əməkdaşların bilik vəbacarıqlarının artırılmasına, beynəlxalq standartlara uyğuntəlimlərin keçirilməsinə və insan kapitalının inkişafına xüsusiönəm verir.

Bununla yanaşı, AZANS əməliyyat effektivliyi və xidmətkeyfiyyəti üzrə yüksək göstəricilər nümayiş etdirir. Aeronaviqasiyaməlumatlarının dəqiqliyi 100%, vaxtında təqdim olunması 99,6%,sistemlərin etibarlılığı isə 100% səviyyəsindədir.

AZANS
AZANS
AZANS
Məqalədə:
Seçilən
16
7
az.trend.az

8Mənbələr