Türkiyədə çörəyin qiyməti artıb.
Newscenter.az-ın məlumatına görə, bu barədə Türkiyə Çörəkçilər Federasiyasının prezidenti Halil İbrahim Balcı məlumat verib. O bildirib ki, bu gündən etibarən bir çox vilayətlərdə çörək qiymətləri dəyişməyə başlayıb. Nəticədə 200 qramlıq çörəyin qiyməti 17,5 lirəyə qalxıb.
Qeyd edək ki, Türkiyədə vilayətlər üzrə çörəyin qiyməti 15-17 TL arasında dəyişir.
Anar