AZ

Məşhur aktyor “Yeraltı”nda - FOTO

Türkiyənin “Now TV” telekanalının yüksək reytinqli serialı “Yeraltı”nın heyətinə daha bir məşhur qatılıb.

Hit.az xəbər verir ki, tanınmış aktyor Cemal Hünal da ekran işində çəkiləcək.

Onun layihədə hansı rola həyat verəcəyi hələlik bilinmir. Lakin sənətçinin bu həftədən çəkilişlərə başlayacağı bildirilir.

Bəs Cemal Hünal hansı seriallarda çəkilib?

49 yaşlı aktyor karyerası ərzində “Asi”, “Adanalı”, “Leyla ile Mecnun”, “Bir Zamanlar Osmanlı”, “Böyle Bitmesin”, “Osmanlı Tokadı”, “Tatar Ramazan”, “Paramparça”, “Diriliş Ertuğrul”, “Sadakatsiz”, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Camdaki Kız” və “Hudutsuz Sevda” kimi iddialı layihələrdə rol alıb.

Aslan


 

Seçilən
5
hit.az

1Mənbələr