AZ

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 19 nəfər həyatını itirib

İstanbul, 1 aprel, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin ərazi sularında qanunsuz miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində 19 miqrant həyatını itirib. 20 nəfərin xilas edildiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, hadisə Muğlanın Bodrum rayonu ərqzisində baş verib.

Bölgədə axtarış-xilasetmə işləri davam edir. 

 

 

 

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Seçilən
48
36
azertag.az

10Mənbələr