AZ

26 min manat vergi borcu olan holdinq bağlanır

“Aladdin Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1506772641) ləğv olunduğunu elan edib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət bununla bağlı kreditorlarına müraciət edib. Qeyd edilib ki, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 43 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Aladdin Holding” MMC 2024-cü ilin 29 aprel tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçici Məmmədov Elşən Rauf oğludur. MMC-nin 25 min 964 manat vergi borcu yığılıb.

Seçilən
40
fed.az

1Mənbələr