AZ

Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları məlum oldu- QRUPLAR

Bu il keçiriləcək Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları bəlli olub.

12 qrupda 48 yığma komanda mübarizə aparacaq.

Keçirilən pley-off görüşlərindən sonra Bosniya və Herseqovina, İsveç, Türkiyə, Çexiya, İraq və Konqo DR mundiala vəsiqə qazanıb.

Komandalar turnirdə aşağıdakı qruplarda mübarizə aparacaq.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Qeyd edək ki, dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

AzPost.az

Seçilən
37
18
azpost.info

10Mənbələr