AZ

“Məqsədimiz maksimum xal toplayıb qrupdan çıxmaqdır” – millimizin futbolçusu 

“Oyun kifayət qədər çətin keçdi. Hər iki komanda mübarizə apardı və qol şansları yaratdı. Heç-heçə ümumi baxanda ədalətli nəticə idi, amma qələbə qazanmaq da mümkün idi”.

Bu sözləri İdmanxeber.az saytına U-21 millimizin üzvü Nihad Əhmədzadə Avropa çempionatı seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan oyunu (0:0) barədə danışarkən deyib. O, bir neçə gün öncə məğlub olduğumuz Portuqaliya matçını (0:4) da şərh edib:

“Birinci hissədə daha diqqətli və intizamlı oynadıq. İkinci hissədə isə bir az temp aşağı düşdü və bəzi səhvlər etdik. Rəqib də bundan istifadə etməyə çalışdı”.

“Sumqayıt”ın futbolçusu millimizin qrupdakı mövqeyindən də söz açıb. Əhmədzadə durumun yaxşı olmadığını bildirib:

“Bəli, vəziyyətimiz ideal deyil, amma hələ hər şey bizim əlimizdədir. Qarşıda oyunlar var və maksimum xal toplamağa çalışacağıq. Rəqiblərlə aramızda bəzi detallarda fərq ola bilər, amma ümumilikdə o qədər də böyük fərq yoxdur. Düzgün oynasaq, istənilən rəqiblə mübarizə apara bilərik. Düşünürəm ki, istək, mübarizə və komanda ruhu baxımından onlardan  geri qalmırıq. Sadəcə bəzi anlarda daha diqqətli olmalıyıq.

Qarşıda 3 oyunumuz var. Meydana qələbə üçün çıxacağıq. Məqsədimiz bu oyunlarda maksimum xal toplayıb qrupdan çıxmaqdır.

Xatırladaq ki, U-21 millimiz mübarizə apardığı B qrupunda 6 komanda arasından beşincidir. Yığmamızın aktivində 6 xalı var.

Həsən Quluzadə 

Seçilən
2
idmanxeber.az

1Mənbələr