Müğənni Aynur Dadaşova açıqlaması ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, o, verdiyi müsahibədə mərhum Xalq artisti, tanınmış aktyor Rasim Balayev ilə qohumluq əlaqəsinin olduğunu açıqlayıb. O bildirib ki, bu fakt onun üçün böyük qürur mənbəyidir:
"Çox xoşbəxtəm ki, Rasim Balayev kimi sənətkar mənim qohumumdur. Ailələrimiz arasında qız alıb-vermə də olub".
Aynur Dadaşova əlavə edib ki, digər məşhur sənətkar Lütfiyar İmanov da ailə yaxınları sırasına daxildir: "Lütfiyar İmanov mənim xalamın qayınatası olub".