AZ

"Bayern Münhen"in seçimi: Noyer olmasın, Hoyer olsun

"Bayern Münhen" 40 yaşlı Manuel Noyerin yerinə yeni qapıçı tapıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "One Football" yayıb. 

Mənbənin məlumatına görə, Almaniya nəhəngi "Hamburq"un qapıçısı Daniel Hoyerlə maraqlanır. 

33 yaşlı qolkiper 2019-cu ilin yayından hazırkı klubunda çıxış edir. Onun hamburqlularla müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcək. Bu o deməkdir ki, münhenlilər onu azad agent kimi əldə etməyə yaxındır. 

Hoyerin bazar dəyəri 1,2 milyon avro olaraq qiymətləndirilir. 

Daniel cari Bundesliqa mövsümündə "Hamburq"da 27 oyun keçirib. Qapıçı 40 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb.

Seçilən
0
fanat.az

1Mənbələr