AZ

Özgür Özəldən ŞOK AÇIQLAMA: Kütləvi istefaya hazırlaşırlar

Özgür Özəl yaxın günlərdə Numan Kurtulmuş ilə əlavə seçkilərin keçirilməsi ehtimalını müzakirə etmək üçün görüşəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Özəl bildirib ki, bu məsələ ilə bağlı çox iddialı addım atacaqlar: “Konstitusiyanın əlavə seçkilərin keçirilməsini tələb etdiyi bir dövrdəyik”. Jurnalistlərin bu sözlərin konkret olaraq nə demək olduğunu soruşmasına isə “O gün açıqlayacağıq” cavabını verib.

CHP lideri həmçinin ümumi seçkilərin keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəklərini vurğulayıb: “Seçki qutusunu millətin qarşısına gətirmək üçün hər şeyi edəcəyik. Əgər buna nail olmasaq, yaxın günlərdə parlament sədrindən görüş tələb edəcəyəm”.

O əlavə edib ki, lazım gələrsə, siyasi riskləri də üzərinə götürəcək: “Əgər CHP-nin daha əvvəl qalib gəldiyi yerlərdə AK Partiyaya uduzsam, yenidən istefa verəcəyəm. May və ya iyun aylarında ümumi seçkilər keçirilməlidir. Bunu etməyən qorxaqdır”.

Özəlin sözlərinə görə, Türkiyə Böyük Millət Məclisi sədrilə planlaşdırılan görüşün əsas gündəliyi də məhz əlavə seçkilər olacaq. O vurğulayıb ki, parlament rəhbərliyinin də bu məsələ ilə bağlı müəyyən mövqeyi mövcuddur və CHP bu prosesə öz töhfəsini verməyə hazırdır.

Açıqlamalar Ankara siyasi dairələrində geniş müzakirələrə səbəb olub. “Sözcü” qəzetinin məlumatına görə, bu addım parlamentdə təxminən 30 mandatın boşaldılması yolu ilə əlavə seçkilərin keçirilməsinə yönəlmiş taktika kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
turkustan.az

1Mənbələr