AZ

Paşinyanın 1 aprel sınağı - Putinlə zarafat təhlükəlidir

Erməni mediası yazır ki, bu səfər Rusiya ilə münasibətlərdə yığılıb qalan problemləri həll etmək üçün məcburi addımdır

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya bugünkü səfəri Ermənistanda ciddi müzakirə mövzusudur.

Musavat.com xəbər verir ki, Ermənistan mediası Paşinyanın 1 aprel tarixində Moskvaya səfərini “adi diplomatik jest deyil, son aylarda Rusiya ilə münasibətlərdə yığılıb qalan problemləri həll etmək üçün atılan məcburi addım” kimi izah edir.

Səfərin əsas səbəbi sadədir: Ermənistanın sərt siyasi ritorikasına və alternativ tərəfdaşlar axtarmasına baxmayaraq, ölkə hələ də Rusiya ilə dərin şəkildə bağlıdır və bu asılılığı qısa müddətdə dəyişmək mümkün deyil.Nəticə olaraq, Paşinyanın Moskvaya səfərinin əsas səbəbi münasibətlərdə yaranmış ziddiyyətləri yumşaltmaq və reallığı nəzərə alaraq dialoqu bərpa etməkdir. Bu səfər göstərir ki, siyasi bəyanatlara baxmayaraq, Ermənistan hələ də Rusiya faktorunu nəzərə almadan hərəkət edə bilmir.

Manset.az

Vereleq.am Ermənistanın asılı olduğu sahələri belə sıralayıb:

“Birincisi, iqtisadi və enerji asılılığıdır. Ermənistan qaz və atom energetikası sahəsində Rusiyadan ciddi şəkildə asılıdır və bu sahədə real alternativlər hələ formalaşmayıb.

İkincisi, təhlükəsizlik məsələsidir. Siyasi gərginliyə baxmayaraq, Rusiya Ermənistanın təhlükəsizlik sistemində əsas rol oynamaqda davam edir. Bu sahədə münasibətlərin pisləşməsi İrəvan üçün ciddi risklər yaradır.

Üçüncüsü, iqtisadi əlaqələr və miqrasiya faktorudur. Rusiya Ermənistan üçün əsas ticarət tərəfdaşlarından biridir, həmçinin minlərlə erməni miqrantın işlədiyi və ölkəyə pul köçürmələrinin gəldiyi əsas istiqamətdir.

Dördüncüsü, nəqliyyat və logistika məsələləridir. Qapalı sərhədlər və regiondakı qeyri-sabitlik fonunda Rusiya Ermənistan üçün əsas çıxış yollarından biri olaraq qalır.

Bundan əlavə, Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı yaranmış mübahisə də səfərin əsas mövzularındandır. Paşinyan bu infrastrukturun idarəetmə modelini dəyişməyi və hətta üçüncü tərəfə verməyi təklif edib. Lakin bu məsələ Moskva ilə razılaşdırılmayıb və Rusiya tərəfindən həssas qəbul olunur”. Paşinyan həm də fərqindədir ki, indiki həssas məqamda Putinlə zarafat təhlükəlidir.

“Nezavisimaya qazeta” da bildirilir ki, səfər Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində (7 iyun) baş tutması özlüyündə hər şeyi deyir.

“Respublikadakı partiyalar artıq seçicilər uğrunda mübarizəyə başlayıblar, onların bəziləri Rusiyada işləyir. Sosioloqların mart ayına olan hesablamalarına görə, "Vətəndaş Müqaviləsi" Ermənistanda ən populyar partiya olaraq qalır. Müxtəlif hesablamalara görə, ona verilən səslərin sayı 24-28% təşkil edir. "Güclü Ermənistan"ın populyarlığı kimin saymasından asılı olaraq 9 ilə 24% arasında dəyişir. Köçəryanın bloku daha da pis vəziyyətdədir, seçicilərin 3%-dən 8%-ə qədəri dəstək verir. Partiya üçün seçki həddi 4%, blok üçün isə iki üzvü varsa 8%, ikidən çox üzvü varsa 10% təşkil edir.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr