"Barselona"nın futbolçusu Lamin Yamal İspaniya millisinin azarkeşlərinin davranışından məyus olub.
Fanat.Az xəbər verir ki, ispanlar çərşənbə axşamı Misirlə yoldaşlıq oyununda 0:0 hesablı heç-heçə edib.
Oyun zamanı "Espanyol" stadionundakı azarkeşlər Yamalı təhqir ediblər. SER-in məlumatına görə, ulduz oyunçu final fitindən sonra azarkeşlərə təşəkkür etmədən, bütün komanda yoldaşlarından əvvəl stadiondan ayrılıb. Lamin Yamal ilk hissənin sonuna qədər oynayıb, daha sonra əvəzlənib.
"Barselona"nın növbəti oyunu 4 apreldə keçiriləcək və rəqibi "Atletiko Madrid" olacaq.