AZ

Rubio: Müharibədən sonra NATO ilə münasibətləri qiymətləndirəcəyik

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ və İsrail İrana hücumları ilə başlayan müharibədə NATO müttəfiqlərindən gözlədikləri dəstəyi almayıblar və münaqişədən sonra Alyansı yenidən qiymətləndirməli olacaqlar.

Turkustan.az xəbər verir ki, Rubio Fox News-a verdiyi müsahibədə ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibəni qiymətləndirib.

Rubio NATO müttəfiqlərini ABŞ-ın tələblərinə baxmayaraq Hörmüz boğazına dəstək göndərmədiklərinə və ya bazaların istifadəsinə icazə vermədiklərinə görə tənqid edərək dedi: "Biz onlardan hava hücumları keçirmələrini istəmirik. Onların hərbi bazalarından istifadə etməli olduğumuz zaman cavab "Xeyr"dir. Bəs niyə NATO-dayıq?"Rubio senator olduğu dövrdən bəri NATO-nun "güclü müdafiəçisi" olduğunu bildirsə də, Alyansın "getdikcə birtərəfli münasibətə çevrildiyini" iddia edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
47
turkustan.az

1Mənbələr