AZ

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Danimarka kralının 18 yaşlı qızı şahzadə İzabella avqust ayında məcburi hərbi xidmətə başlayacaq.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, şahzadə İzabella 11 aylıq hərbi xidmət üçün Mühafizə Süvari Alayına qoşulacaq.

Kral ailəsinin açıqlamasına görə, İzabella 5 aylıq əsas təlim və 6 aylıq əməliyyat təlimi keçəcək. Təlim proqramı Danimarka ordusunun standart məcburi hərbi xidmət sisteminə uyğun olacaq.
 

Qeyd edək ki, Danimarka 2025-ci ildən qadınlar üçün 11 aylıq məcburi hərbi xidmət tətbiq edib. Layihə çərçivəsində qadın əsgərlərin illik sayının 7500-ə çatdırmaq hədəflənir. Danimarka Müdafiə Nazirliyi ordunun infrastrukturunu həm kişi, həm də qadın əsgərləri əhatə etmək üçün modernləşdirmək üçün əlavə 6 milyard dollar büdcə ayırdığını açıqlayıb.


Məlumat üçün bildirək ki, 2007-ci il təvəllüdlü şahzadə İzabella, Kral Frederik X və Kraliça Mariyanın qızıdır. Atasının taxta çıxmasından sonra o, böyük qardaşı Vəliəhd Şahzadə Kristiandan sonra növbədə ikinci yerdədir.

Bizim.Media

Seçilən
36
1
bizim.media

2Mənbələr