AZ

“Rasim əsəbləşib deyirdi ki, mən bu ssenarinin nəyini oynayım, deyirdilər ki, sizə nə var ki, xalq artistisiz də?” - FOTO+ÖZƏL

Xalq artisti Fəxrəddin Manafov sənət dostu, görkəmli sənətkar Rasim Balayevin son illərdə filmlərə çəkilməməyinin səbəblərindən danışıb.
 
Moderator.az-a özəl açıqlama verən aktyor bildirib ki, Rasim Balayevə hədsiz dəvətlər gəlib, lakin o hər rolu qəbul etmək istəməyib:
“Söhbət ondan getmir ki, ürəyim istəyən rol var ya yox?! Yaşa dolduqca insan çəkilmək, daha yaxşısını oynamaq istəyir. Mən bunun şahidiyəm. Gətirib Rasimə ssenari verirdilər, deyirdilər ki, oyna. O da çox əsəbləşirdi. Deyirdi ki, “axı bu nədir, bunun nəyini oynayım?”. Deyirdilər ki, “siz xalq artistisiz, sizə nə var ki, çıxın, işləyin”. Peşəkar adam əlbəttə ki, bunu qəbul etməz. Rejissor deyir, amma seçimin varsa, seçməyi bacarırsansa, itirməkdən qorxmursansa sən ürəyinin nə istədiyini yerinə yetirməlisən. Bir aktyor kimi əgər səni narahat edən nəyisə tapırsansa, seçirsənsə, onu bütün vücudunla oynayırsan, yaradırsan. O olmayanda da imtina etməyi bacarmaq lazımdır. Rasim Balayev bunu bacarırdı”, - deyə sənətkar bildirib.
 
Qeyd edək ki, xalq artisti Rasim Balayev Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb. Aktyorun bu gün üç mərasimidir.
Seçilən
15
1
moderator.az

2Mənbələr