AZ

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu


Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həyatını itirib.

Medicina.az xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov paylaşım edib.

Martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə əslən azərbaycanlı Rəşad Fəzail oğlu Məmmədov həlak olub.

O müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində olub, dəfələrlə yaralanmasına baxmayaraq yenə döyüşlərə qayıdıb.

Seçilən
37
11
medicina.az

10Mənbələr