AZ

Autizm spektruma yanaşmasında Azərbaycanda uğurlar –İnteqrativ tibbin rolu


Psixi inkişaf ləngiməsi və autizm spektr pozuntusu xroniki uşaq sağlamlıq problemidir.

Medicina.az xəbər verir ki, bu cür uşaqları ilk təyin edən həkim pediatrdır. Normal şəraitdə, əgər uşağınızın pediatrik rutin poliklinik izləmələri düzgün şəkildə aparılırsa, uşaqda (genetik qüsur istisna olmaqla) hər hansı bir sağlamlıq problemi görülməməli, eləcə də inkişafında ləngimə izlənilməməlidir. Belə uşaqlar həyat boyu nevroloji və psixoloji problemlərlə qarşılaşmaya bilər.

Ancaq pasiyent rutin kontrollarına gəldiyi halda inkişaf ləngiməsi görülərsə (fiziki və ya zehni), o zaman fərqli bir mütəxəssisə yönləndirilməlidir. Bizim pediatrik izləmimiz bu səbəblə fərqlidir. Uşağın sadəcə boyuna, kilosuna və baş çevrəsinə görə deyil, müəyyən zaman aralıqları ilə uşağın vitamin, mineral və metabolizması, immun və qastroenteroloji sistemi də izlənilir.



Beləliklə, yalnız xəstə uşaq qəbulu deyil, gələcək üçün sağlam uşaqların sağlamlığının qorunması naminə profilaktik tədbirlərin görülməsi və cütlüklərin maarifləndirilməsi ilə missiyamızı həyata keçiririk.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində uşaqlara integrativ və funksional yanaşma ilə nəinki kəskin xəstəliklərdə, eləcə də xroniki xəstəliklərdə yüksək uğurlu nəticələrə sahibik. Uşaq xroniki xəstəliklər deyildikdə bağırsaq xəstəlikləri (qəbizlik, ishal, nəcisdə qan, parazit, göbələk), allergiya, astma, sedef, revmatizmal xəstəliklər, epilepsiya, xroniki neyroiltihab, tez-tez təkrarlayan infeksiyalar (xroniki otit, xroniki tonzillit) və xroniki neyrometabolik (autizm spektr) xəstəliklər nəzərdə tutulur.

Dünyada müalicə uğuru az olan, hətta müalicəsi yoxdur deyilən autizm spektr xəstəliklərinə integrativ tibb yanaşması ilə nəinki ölkəmizdə, hətta dünya miqyasında belə səs gətirməyə başlanıb. Autizmin bioloji və metabolik köklərini araşdıran elm integrativ tibbdır. İntegrativ tibblə məşğul olan həkimlərin fərqli düşüncələri, fərqli yanaşmaları və fərqli nəticələri ortaya çıxmaqdadır.
Fərqli nəticələr əldə edən alimlərdən biri də Dr. Dan Rossignol-dur. O, Medical Academy of Pediatric Special Needs (MAPS) təşkilatının prezidentidir. Dr. Dan Rossignol amerikalı həkim və autizm üzrə ixtisaslaşmış tanınmış tədqiqatçıdır. O, bu tədqiqatlara öz övladlarına autizm diaqnozu qoyulduqdan sonra başlamış və bu sahədə geniş elmi araşdırmalar edərək rəhbər mövqe qazanmışdır.



Uzm. Dr. Lalə Nəsirova da öz müalicə metodikasında məhz bu akademiyanın (MAPS) standartlarına və prinsiplərinə əsaslanır. Hər iki həkim autizmi sadəcə “beyin fərqliliyi” kimi deyil, bədəndəki biokimyəvi pozuntuların (iltihab, bağırsaq problemləri, toksinlər) nəticəsi kimi görür.
Hər ikisi simptomları dərmanla yatırtmaq əvəzinə, uşağın orqanizmindəki metabolik və immunoloji “nasazlıqları” tapıb onları bərpa etməyə fokuslanır. Standart protokollar yerinə, hər uşağın genetik və laborator analizlərinə uyğun fərdi pəhriz, vitamin və detoks proqramları tətbiq edirlər.

Qısacası, Uzm Dr.Lalə Nəsirova, Dr. Dan Rossignol-un dünyada təbliğ etdiyi və rəhbərlik etdiyi bu elmi-tibbi yanaşmanın Azərbaycandakı əsas təmsilçilərindən biridir.

Aygün Musayeva


Seçilən
9
1
medicina.az

2Mənbələr