AZ

Türkiyənin DÇ-2026da rəqibləri - Bütün oyunlar səhər tezdən başlayacaq

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, Türkiyə milli komandası 24 illik fasilədən sonra futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

QOL.az xəbər verir ki, “ay-ulduzlular” bu yay üç ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunacaq mundiala qatılacaq 48 komandadan biri olacaq.

Türkiyə millisi D qrupunda Avstraliya, Paraqvay və ABŞ komandaları ilə mübarizə aparacaq. Vinçenzo Montellanın rəhbərlik etdiyi komandanın matçlarının hamısı Bakı vaxtı ilə səhər saatlarına təsadüf edəcək. Bu, Azərbaycanla mundiala təşkilatçılıq edədək ölkələrin fərqli saat qurşaqlarında yerləşməsi ilə əlaqədardır.

14 iyun, Bakı vaxtı ilə saat 08:00

Avstraliya - Türkiyə
(Vankuver, Kanada)

20 iyun, Bakı vaxtı ilə saat 08:00

Türkiyə - Paraqvay 
(Santa Klara, ABŞ)

26 iyun,  Bakı vaxtı ilə saat 06:00

Türkiyə - ABŞ

(İnqlvud, ABŞ)

Seçilən
34
44
teleqraf.com

10Mənbələr