AZ

Teylor Svift məhkəməlik oldu

Yazını böyüt
Yazını kiçilt

Dünyaşöhrətli amerikalı müğənni Teylor Svift yeni albomunun adı ilə bağlı ciddi hüquqi problemlə üzləşib.

Hafta.az xəbər verir ki, Las-Veqasdan olan sənətçi Maren Ueyd Svifti müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib. İddiaya görə, Teylor Sviftin 2025-ci ildə yayımlanan "The Life of a Showgirl" albomunun adı Maren Ueydin uzun illərdir istifadə etdiyi "Confessions of a Showgirl" layihəsinə həddindən artıq bənzəyir. Ueyd bildirib ki, o, bu adı 10 ildən artıqdır istifadə edir və hələ 2015-ci ildə onu rəsmi ticarət nişanı kimi qeydiyyatdan keçirib.

Məhkəmə sənədlərində qeyd olunur ki, Sviftin komandası "Life of a Showgirl" adını ticarət nişanı kimi qeydiyyatdan keçirməyə cəhd göstərib. Lakin ABŞ Patent və Əmtəə Nişanları İdarəsi istehlakçılar arasında "qarışıqlıq riski" yarada biləcəyi səbəbindən bu müraciəti rədd edib.

Buna baxmayaraq, albom həmin adla işıq üzü görüb. Hazırda Maren Ueyd Sviftdən külli miqdarda kompensasiya tələb edir və albom adının istifadəsinə qadağa qoyulmasını istəyir./"The Hollywood Reporter"/

Seçilən
18
hafta.az

1Mənbələr