AZ

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının bütün iştirakçı komandaları müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, son vəsiqələri Konqo Demokratik Respublikası və İraq yığmaları qazanıb. Hər iki komanda pley-off mərhələsinin həlledici görüşlərində müvafiq olaraq Yamayka və Boliviyanı məğlub edərək mundiala vəsiqəni təmin edib.
 
Bununla da, turnirdə iştirak edəcək 48 komandanın hamısı dəqiqləşib.
 
A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya
 
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
 
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
 
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə
 
E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao
 
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
 
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
 
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
 
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
 
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
 
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo DR
 
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
 
Qeyd edək ki, dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
 
Seçilən
33
14
moderator.az

10Mənbələr