Bakı. Trend:
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyitədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotikvasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələrİdarəsindən Trend-ə verilən məlumata görə, “Astara” gömrükpostunda “kələm” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgenqurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrükyoxlaması həyata keçirilib.
Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsindən kələmformasına salınaraq gömrük nəzarətindən gizlədilən,qablaşdırılmaları ilə birlikdə ümumi təmiz çəkisi 43 kiloqram 565qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş və ümumi təmizçəkisi 58 kiloqram 955 qram xüsusilə külli miqdarda narkotik vasitə- həşiş qətranı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.