AZ

ABŞ-la Avropa arasında "İran səddi"

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar Qərb blokunda dərin çatlaqlar yaradıb. Vaşinqtonla Avropa paytaxtları arasındakı gərginlik NATO-nun gələcəyini sual altına qoyur.

Publika.az xəbər verir ki, bu barədə "Responsible Statecraft" portalı Kuinsi İnstitutunun analitiki Anatol Livenin məqaləsinə istinadən məlumat yayıb.

Ekspertin fikrincə, ABŞ Prezidenti Donald Trampın hərbi kampaniyadan uzaq duran avropalı tərəfdaşlarını sərt tənqid etməsi alyans daxilindəki böhranın görünən tərəfidir. NATO-da əvvəllər də daxili ixtilaflar yaşasa da, hazırkı vəziyyət daha kəskin xarakter daşıyır.

Analitik Avropa daxilindəki parçalanmaya misal olaraq İspaniyanın mövqeyini göstərib. Rəsmi Madrid İranın vurulmasında iştirak edən təyyarələr üçün hava məkanını bağlayıb və hərbi bazalarından istifadəyə icazə verməyib. Bu addım Vaşinqtonda ciddi narazılıqla qarşılanıb.

Liven hesab edir ki, münaqişə uzandıqca və Avropada enerji riskləri artdıqca, alyans daxilindəki qütbləşmə daha da dərinləşəcək. ABŞ-dan tam təhlükəsizlik zəmanəti ala bilməyən Avropa ölkələri öz başlarının çarəsinə baxmağa məcbur ola bilərlər. Hətta bəzi dövlətlərin İranla müstəqil şəkildə anlaşmaya gedəcəyi də istisna edilmir.

Seçilən
52
21
publika.az

10Mənbələr