AZ

SEPAH “Intel” və “Microsoft” müəssisələrinə zərbə endirəcəyi vaxtı açıqladı

Dünən SEPAH İrana qarşı təcavüz davam edərsə bölgədəki Amerika IT şirkətlərinə, o cümlədən Intel, Cisco və Microsoft-a zərbə endirməklə hədələyib.

Sitat.info "Mehr" agentlyinə istiniadən xəbər verir ki, bununla bağlı, SEPAH bəyanat yayaraq bildirib: "Amerika İKT və süni intellekt şirkətləri terror hədəflərinin hazırlanmasında və izlənilməsində əsas element olduğundan, bu terror əməliyyatına cavab olaraq, bu cür fəaliyyətlərdə iştirak edən əsas qurumlar bundan sonra qanuni hədəf hesab ediləcək". Siyahıya Cisco, HP, Intel, Oracle, Microsoft, Apple, Google, Meta, IBM, Nvidia, JPMorgan, Tesla, GE və Boeing daxil olmaqla 18 şirkət daxildir.

Qeyd olunur ki, İrana qarşı təcavüz davam edərsə, bu müəssisələrə zərbələr aprelin 1-də yerli vaxtla saat 20:00-da başlayacaq. SEPAH Yaxın Şərqdəki bu şirkətlərin bütün işçilərini həmin vaxta qədər ofislərini və istehsal sahələrini tərk etməyə çağırıb. 

Səid,

Sitat.info

Seçilən
26
1
sitat.info

2Mənbələr