ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edən 48 komandadan 47-si müəyyənləşdi. Sport24.az xəbər verir ki, Konqo Demokratik Respublikası qitələrarası pley-off final mərhələsini qalib kimi başa vurub və mundiala yollanacaq 46 komandaya qoşulub.
DÇ-2026-nın qrup mərhələsinin iştirakçıları:
A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya*.
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina*.
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya.
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə*.
E qrupu: Almaniya, Kyurasao, Kot-d'İvuar, Ekvador.
F qrupu: Hollandiya, Yaponiya, Tunis, İsveç*.
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya.
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay.
I qrupu: Fransa, Seneqal, Norveç, pley-off qalibi (İraq - Boliviya).
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya.
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası*.
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama.
* — pley-offda qalib gəlməklə vəsiqə qazanılır.
Qeyd edək ki, dünya çempionatının son iştirakçısı İraq və Boliviya arasında keçiriləcək qitələrarası pley-off matçında müəyyənləşəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.