AZ

İran yenə "B-2A Spirit"lərlə BOMBARDMAN EDİLDİ

ABŞ-ın iki "B-2A Spirit" strateji bombardmançı təyyarəsi İrandakı hədəflərə növbəti hücumunu həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə "Military Air Tracking Alliance" (MATA) məlumat yayıb.

Qeyd olunub ki, "B-2A Spirit" bombardmançıları ABŞ-ın strateji aviasiyasında hədəfə Amerikanın arsenalındakı ən güclü qeyri-nüvə aviabombaları olan 13 tondan çox çəkiyə malik "Massive Ordnance Penetrator" bombalarını çatdıra bilən təyyarələrdir. ABŞ Hərbi Hava Qüvvələri bu bombalardan 2025-ci ilin iyununda İranın yeraltı nüvə obyektlərini məhv etmək üçün istifadə edib.

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, "B-2A Spirit" ağır bombardmançıları hərbi əməliyyat başlayandan bəri İranın yeraltı sığınacaqlarda yerləşən ən mühüm obyektlərinə güclü zərbələr endirmək üçün artıq dəfələrlə istifadə olunub.

Seçilən
29
16
publika.az

10Mənbələr