AZ

Naxçıvanda qadın keçmiş əri və qayınatası tərəfindən döyüldü – QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zamin Həsənov və atası Valeh Həsənovun (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, hadisə 04 may 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda qeydə alınıb.


Belə ki, Zamin Həsənov atası Valeh Həsənov ilə birlikdə keçmiş arvadı Günayə Əsədovaya (adı, soyadı şərtidir) qarşı zor tətbiq ediblər.


İş materiallarına görə, hadisə zərərçəkmiş şəxsin yaşadığı evin həyətində baş verib. Belə ki, tərəflər arasında yaranmış mübahisə zamanı ata və oğul qadına qarşı fiziki zor tətbiq edərək ona müxtəlif bədən xəsarətləri yetiriblər.

Ekspertiza bu xəsarətləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirib.


Şahbuz Rayon Məhkəməsinin hökmü ilə Zamin Həsənov 1300 manat, Valeh Həsənov isə 1100 manat məbləğində cərimə cəzasına məhkum ediliblər. Hökmdən apellyasiya şikayəti verilib. Naxçıvan Muxtar Respublikasının qərarı ilə apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

 

Kamal Məmmədov 

Tarix: 1 Aprel 2026, 08:10   
Seçilən
34
pravda.az

1Mənbələr