AZ

Qətər sahillərində tanker naməlum raket zərbəsi ilə vurulub

BAKI, 1 aprel. TELEQRAF

Qətər sahillərində Fars körfəzində yerləşən tanker naməlum raket zərbəsi ilə vurulub, gəminin sol tərəfi zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hadisə Doha şəhərindən 17 dəniz mil şimalda baş verib. Təhlükəsizlik üzrə zabit bildirir ki, tankerin sol tərəfi naməlum raketlə zədələnib və gəminin gövdəsi sıradan çıxıb.

Qeyd edilir ki, gəminin heyəti təhlükəsizdir və insident nəticəsində ətraf mühitə zərər dəyməyib.

Seçilən
50
teleqraf.com

1Mənbələr