AZ

Ultra emal olunmuş qidalar ölüm riskini artırır Alimlərdən həyəcan təbili

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Gündəlik qidalanma rasionunda ultra emal prosesindən keçmiş məhsulların payının cəmi 10% artması, 30-69 yaş qrupundakı şəxslər üçün ölüm təhlükəsini 3% yüksəldir.

Oxu.Az xəbər verir ki, bu faktı rusiyalı qastroenteroloq-diyetoloq Nuriya Dianova açıqlayıb.

Mütəxəssis bildirib ki, buraya sənaye şəraitində ən dərin emal mərhələlərindən keçən, tərkibində təbii qida maddələri demək olar ki, olmayan məhsullar daxildir. Bu qrupa əsasən aşağıdakılar aiddir:

- Qazlı və şirin sular;

- Çipslər, duzlu və şirin qəlyanaltılar;

- Ultra emal edilmiş ət məhsulları (kolbasalar, sosislər);

- Bol miqdarda süni qatqısı olan hazır yeməklər.

Bu növ məhsulların rasiondan çıxarılması hipertoniya, piylənmə, ikinci tip şəkərli diabet və xərçəng kimi ağır xroniki xəstəliklərdən ölüm ehtimalını əhəmiyyətli dərəcədə azaldır.

Braziliyanın San-Paulu Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan hesablama modelinə görə, ultra emal olunmuş məhsulların payı Böyük Britaniyada 53.4%, ABŞ-də isə 54.5% təşkil edir. Bu, o deməkdir ki, yalnız qeyd olunan qidaların qəbulu ortastatistik bir amerikalı üçün ölüm ehtimalını 16.2% artırır.

Nuriya Dianova sağlamlığı qorumaq üçün üç əsas prinsipi vurğulayıb:

Ev yeməklərinə üstünlük verin: Yeməkləri daha çox özünüz hazırlamağa çalışın.

Etiketləri oxuyun: Mağazadan məhsul alarkən tərkibi ilə tanış olun. Duz, şəkər, doymuş və trans yağların miqdarı az olan, bitkimənşəli zülallarla zəngin məhsulları seçin.

Emal səviyyəsinə diqqət edin: Qidanın dəyərini onun dadına deyil, emal səviyyəsinə görə təyin edin.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
oxu.az

1Mənbələr