AZ

Tramp İrana qarşı əməliyyatın başa çatacağı vaxtı açıqlayıb - YENİLƏNİB

Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatı yaxın iki-üç həftə ərzində başa çatdırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Hesab edirəm ki, biz bunu iki-üç həftə ərzində başa çatdıracağıq, çünki davam etmək üçün heç bir əsasımız yoxdur", - Tramp bildirib.

O qeyd edib ki, Tehranın Vaşinqtonla sövdələşməyə gedib-getməməsindən asılı olmayaraq, əməliyyat başa çatdırılacaq.

"Sövdələşmə bağlayıb-bağlamamağımızdan asılı olmayaraq, biz [əməliyyatı] onların uzun müddətə daş dövrünə geri atıldıqlarını və nüvə silahı əldə etmək imkanlarının olmadığını anladığımız zaman bitirəcəyik", - deyə ABŞ Prezidenti dəqiqləşdirib.

Amerika Prezidenti Donald Tramp bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatı yekun mərhələyə daxil olur.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "NBC" telekanalına telefon müsahibəsində bildirib.

"Bizdə hər şey yaxşı gedir. Bu (hərbi əməliyyat - red.), sona yaxınlaşır", - Tramp deyib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Seçilən
19
far.az

1Mənbələr