AZ

Göbələk həvəskarlarına pis xəbər

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bir çoxları göbələyi "meşə əti" adlandıraraq onu zəngin zülal mənbəyi hesab edir. Lakin Piroqov Universitetinin dosenti, qastroenteroloq-dietoloq Nataliya Taran bildirir ki, bu yanaşma tamamilə yanlışdır.Həkimin sözlərinə görə, göbələkdən zülal almağa çalışmaq mənasızdır, çünki onun tərkibindəki protein miqdarı həm azdır, həm də orqanizm tərəfindən çox zəif mənimsənilir."Göbələyin çətin həzm olunmasının əsas səbəbi onun hüceyrə strukturundakı xitindir. İnsan orqanizmində xitini parçalayan ferment olmadığı üçün həzm şirələri göbələyin daxilindəki faydalı maddələrə çata bilmir. Nəticədə göbələkdəki zülalın yalnız 20–40 faizi mənimsənilir ki, bu da digər qidalarla müqayisədə çox aşağı göstəricidir. Heyvan mənşəli zülallar 96 faizə qədər mənimsənildiyi halda, hətta bitki mənşəli zülallarda bu rəqəm 80 faizə çatır".Həkim qeyd edir ki, göbələk rəngarəng qidalanmanın bir hissəsi ola bilər, lakin onu əsas zülal mənbəyi kimi görmək düzgün deyil."Xitinlə yanaşı göbələyin tərkibindəki digər liflər də mədənin boşalmasını ləngidir və həzm sistemini yükləyir. Bu səbəbdən zülal ehtiyacını ət, balıq, yumurta, süd məhsulları və ya paxlalı bitkilər hesabına qarşılamaq daha effektivdir", - o bildirib.Həmçinin oxu:

Kilosu 15 manata satılır: Ürəyi gücləndirir, xərçəng riskini azaldır

Nə mal, nə qoyun: Ən sağlam ət növü budur

Xərçəngdən qoruyan sadə içki: Çay əvəzinə çox adam onu seçirAytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
demokrat.az

1Mənbələr