Bakı, 1 aprel, AZƏRTAC
Tehranın Vaşinqtonla razılığa gəlib-gəlməməsindən asılı olmayaraq, ABŞ İrana qarşı əməliyyatını dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
“Xeyr, onların razılaşmaya ehtiyacı yoxdur. Razılaşma əldə edib-etməməyimizdən asılı olmayaraq, onların Daş dövrünə geri atıldığını və nüvə silahı əldə etmək üçün heç bir yolu olmadığını anladığımız zaman əməliyyatı dayandıracağıq”, – deyə Tramp qeyd edib.