AZ

Pakistan bayrağı ilə xilas planı: Hörmüzdə gizli razılaşmalar

Hörmüz boğazında artan gərginlik fonunda neft daşımaları üçün qeyri-adi çıxış yolu müzakirə olunur. Beynəlxalq mediada yayılan məlumatlara görə, bəzi tankerlərin Pakistan bayrağı altında keçidi “xilas planı” kimi gündəmə gəlib.

Musavat.com xəbər verir ki, bu üsul vasitəsilə gəmilər riskli zonadan daha az təhlükə ilə keçməyə çalışır və artıq bu istiqamətdə qeyri-rəsmi razılaşmaların mövcudluğu iddia olunur.

Məlumata görə, bu model tamamilə yeni deyil. 1980-ci illərdə İran-İraq müharibəsi zamanı baş verən “Tanker savaşı” dövründə də oxşar üsullardan istifadə edilmiş, gəmilər müxtəlif ölkələrin bayraqları altında hərəkət edərək hücumlardan yayınmağa çalışmışdı.

Lakin hazırkı vəziyyət daha mürəkkəb hesab olunur. ABŞ mediası yazır ki, əvvəlki dövrdən fərqli olaraq, indi Tehran özünü Vaşinqtonla açıq qarşıdurma şəraitində görür və bu səbəbdən belə “texniki manevrlər” əvvəlki qədər təhlükəsiz sayılmır.

Eyni zamanda bildirilir ki, Hörmüzdə keçid artıq yalnız texniki məsələ deyil, siyasi seçimə çevrilib. Bəzi ölkələrin bayrağı altında üzən gəmilərə məhdud icazə verildiyi, digərlərinin isə risk altında qaldığı qeyd olunur.

 

Musavat.com

Seçilən
52
musavat.com

1Mənbələr