AZ

Türkiyə Kosovanı məğlub edərək mundiala vəsiqə qazandı

Kosova və Türkiyə milliləri arasında 2026-cı il dünya çempionatına vəsiqə uğrunda C yolu üzrə final pley-off oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, görüş Priştinada, “Fadil Vokri” stadionunda keçirilib. Oyun 1:0 hesabı ilə Türkiyə millisinin qələbəsi ilə yekunlaşıb və bu nəticə sayəsində komanda mundiala vəsiqə qazanıb.

Matçdakı yeganə qol 53-cü dəqiqədə vurulub. Hücumçu Kərəm Aktürkoğlu Orkun Kökçünün ötürməsini qola çevirib.

Yarımfinal mərhələsində Kosova Slovakiyanı 4:3, Türkiyə isə Rumuniyanı 1:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu Argentina millisidir.

Seçilən
52
90deqiqe.az

1Mənbələr