AZ

Bağdadda ŞOK HADİSƏ: Amerikalı jurnalist OĞURLANDI

Bağdadın mərkəzində amerikalı jurnalist oğurlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bağdadın mərkəzində, qaldığı otelin yaxınlığında amerikalı jurnalist oğurlanıb.

İraq Daxili İşlər Nazirliyinin açıqlamasına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri artıq saxlanılıb.

Onun üzərində aparılan axtarış zamanı özəl təhlükəsizlik şirkətinə məxsus vəsiqə aşkar edilib.

Hazırda jurnalistin azad edilməsi istiqamətində genişmiqyaslı əməliyyat tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr