İran prezidenti İslam Respublikası günündə Tehran küçələrində xalqla təmasda olub...
Poliqon xəbər verir ki, İranın dövlət televiziyasının yaydığı məlumata əsasən, ölkə prezidenti Məsud Pezeşkian Tehranda İslam Respublikası Günü münasibətilə tEhran küçələrində xalqla birlikdə yürüş edib. Pezeşkianı İranın xarici işlər naziri Abbas Əraqçi müşaiyət edib.
İslam Respublikası Günü İranın ən mühüm dövlət bayramlarından biri hesab olunur və hər il geniş şəkildə qeyd edilir. Bu gün 1979-cu ildə keçirilmiş referendum nəticəsində ölkədə mövcud siyasi sistemin dəyişdirilməsini və İslam Respublikasının qurulmasını simvolizə edir.
Poliqon.info