AZ

Avropa ölkəsində müharibənin başlama anı test ediləcək

Polşa müharibənin başlaması üçün məşq rolunu oynayacaq "Edge" kod adlı təlimlər keçirəcək .

Publika.az xəbər verir ki, bu barədə Polşanın "Rzeczpospolita" qəzeti məlumat yayıb.

Ölkənin Müdafiə Nazirliyi bildirib ki, təlimlərə hazırlıq prosesi, o cümlədən iştirakçılar, ssenari, tarix və keçirilmə yeri ilə bağlı məlumatlar tam məxfidir.

Nəşr qeyd edib ki, təlimlər Polşanın müdafiə sisteminin potensial münaqişəyə hazırlığını yoxlamalıdır. Prosesdə baş nazir, nazirlər, xüsusi xidmət orqanlarının rəhbərləri və silahlı qüvvələrin komandanları da daxil olmaqla yüksək rütbəli dövlət məmurları iştirak edir.

Məlumata görə, bu təlimlər hər dörd ildən bir keçirilməlidir, lakin sonuncu dəfə 2019-cu ildə təşkil olunub. təlimin bir hissəsi hərbi vəziyyətin tətbiqinin simulyasiya edildiyi strateji müdafiə oyunu olacaq. Həmçinin strateji planların işləkliyinin yoxlanılması, hakimiyyət orqanları ilə hərbçilər arasındakı qarşılıqlı əlaqənin test edilməsi və idarəetmə sistemlərindəki zəif nöqtələrin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Seçilən
27
47
publika.az

10Mənbələr