
İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində İranın öz hərbi ambisiyaları üçün astronomik məbləğ sərf etdiyini iddia edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu rəsmi Tehranın İsraili məhv etmək və Yaxın Şərqi ələ keçirmək məqsədilə nüvə və raket proqramlarına illər ərzində təxminən 1 trilyon dollar vəsait ayırdığını bildirib.
"İndi deyə bilərik ki, həmin trilyon hədər getdi", — deyə İsrail hökumət başçısı vurğulayıb.