
Dünya birjalarında qızılın qiyməti kəskin artaraq son illərin rekordunu yeniləyib.
AFN.az xəbər verir ki, "Comex" birjasının məlumatlarına görə, 2026-cı ilin iyun ayı üçün qızıl fyuçerslərinin dəyəri 3,15% artaraq bir troya unsiyası üçün 4 701,1 dollara çatıb.
Eyni zamanda gümüşün qiymətində də ciddi artım (6,67%) müşahidə olunub və bir unsiya üçün 75,2 dollardan yuxarı qərarlaşıb. Ekspertlər qiymət artımını qlobal geosiyasi gərginliklə əlaqələndirirlər.