AZ

Bolqarıstan Azərbaycan: qolsuz bərabərlik

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Ölkəmizin U-21 yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstanın qonağıdı. “Football-plus.az” xəbər verir ki, oyun heç-heçə başa çatıb - 0:0. Rəqib 82-ci dəqiqədə azlıqda qalsa da, Rəşad Eyyubovun komandası say üstünlüyündən yararlana bilməyib. Azərbaycan yığmasının start heyəti: Sadiq Məmmədzadə, Emin Rüstəmov, Rüfət Abbasov, Eşqin Əhmədov, Elgün Dünyamalıyev, Raul Məmmədov, Oruc Məmmədov, Hikmət Cəbrayılzadə, Şahin Şahniyarov, Nihad Əhmədzadə, Nahid Əliyev.58-ci dəqiqədə Oruc Məmmədovu Edqar Adilxanov əvəz edib. 75-ci dəqiqədə yığmamızın heyətində daha iki dəyişiklik olub: Nahid Əliyevi Şahin İbrahimov, Nihad Əhmədzadəni isə Murad Məmmədov əvəz edib. 90+2-ci dəqiqədə Emin Rüstəmovun əvəzinə meydana Əkbər Eyyubov, Şahin Şahniyarovun əvəzinə isə Emil Süleymanov çıxıb.Bu qrupda bir qədər əvvəl başa çatan oyunda Çexiya Cəbəllütariqi darmadağın edib - 5:0. Portuqaliya - Şotlandiya oyunu isə Bakı vaxtı ilə 22.30-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
icma.az

1Mənbələr