AZ

Maksens Lakrua Avropa nəhənglərinin diqqət mərkəzindədir

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Kristal Pelas"ın fransalı müdafiəçisi Maksens Lakrua transfer bazarının ən çox axtarılan simalarından birinə çevrilib.

Fanat.Az xəbər verir ki, "TEAMtalk" nəşrinin məlumatına görə, "Aston Villa", "Bayern", "Çelsi" və "Liverpul" 25 yaşlı futbolçunu yaxından izləyir.

Bu həftə Fransa millisinin heyətində Braziliyaya qarşı keçirilən yoldaşlıq görüşündə debüt edən Lakrua, nümayiş etdirdiyi oyunla skautların rəğbətini daha da artırıb.

Mark Qehinin gedişindən sonra London klubunun müdafiə xəttində liderliyi ələ alan fransalı oyunçu, fiziki gücü və sürəti ilə fərqlənir.

Premyer Liqada sabit çıxış edən müdafiəçinin yay transfer pəncərəsində daha böyük kluba keçəcəyi gözlənilir. Cari mövsüm statistikasına görə, Lakrua ikili mübarizələrdəki uğurlu göstəriciləri ilə liqanın ən yaxşıları sırasındadır.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
fanat.az

2Mənbələr