AZ

İran 88-ci hücum dalğasına başladı:ABŞ və İSRAİL HƏDƏFLƏRİ VURULDU

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri cavab əməliyyatının 88-ci mərhələsi çərçivəsində ABŞ və İsraildəki  hədəflərinə zərbələr endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

 

"Bu gün səhər tezdən SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin cəsur döyüşçüləri "Əsl Vəd-4" əməliyyatının 88-ci dalğası zamanı güclü hücumla ABŞ və sionist terrorçu hədəflərinə ağır zərbələr vurublar", - məlumatda bildirilib.

 

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Fars körfəzində İsraillə əlaqəli konteyner gəmisinə ballistik raket zərbəsi endirib. İran həmçinin Küveytdəki "Əhməd əl-Cabir" hava bazasına, BƏƏ-dəki ABŞ dəniz piyadalarının bazalarına və Bəhreyndəki hava limanı yaxınlığındakı "ЗРК Hawk" hava hücumundan müdafiə sisteminə hücum edib.

 

Seçilən
20
4
senzor.az

5Mənbələr