AZ

Məşhur jurnalisti belə qaçırdılar VİDEO

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Amerikalı jurnalist Şelli Kitlson İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində qaçırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb. Qeyd olunub ki, silahlı şəxslər jurnalistin olduğu avtomobili saxlayaraq onu zorla aparıblar və daha sonra naməlum istiqamətdə gizləniblər.

Hadisə ilə bağlı İraq Daxili İşlər Nazirliyi rəsmi açıqlama verərək qaçırılma faktını təsdiqləyib.

Bildirilib ki, insidentlə bağlı araşdırma aparılır, lakin indiyədək heç bir qrup və ya şəxs məsuliyyəti öz üzərinə götürməyib.

Hadisənin motivləri və jurnalistin taleyi hələlik naməlum olaraq qalır.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
globalinfo.az

1Mənbələr