AZ

Netanyahu: İran hərbi proqramlara təxminən bir trilyon dollar xərcləyib

Bakı, 31 mart, AZƏRTAC

İsrailin Baş naziri Benjamin Netanyahu İranın hərbi proqramlarına təxminən bir trilyon dollar xərclədiyini iddia edib.

AZƏRTAC xəbər verir ki, İsrail televiziyasında yayımlanan xalqa müraciətində o, Tehranın İsraili məhv etməyə, Yaxın Şərqdə üstünlük qazanmağa və qlobal təhlükə yaratmağa çalışdığını bildirib.

Baş nazirin sözlərinə görə, İran sərt sanksiyalara baxmayaraq, nüvə və raket proqramlarını inkişaf etdirməyə böyük maliyyə resursları yönəldib.

“İndi sizə demək istəyirəm ki, illər ərzində bütün bunlar İrana təxminən bir trilyon dollara başa gəlib. Artıq deyə bilərik ki, bu vəsait boşa xərclənib”, – deyə Netanyahu vurğulayıb.

Seçilən
44
3
azertag.az

4Mənbələr