AZ

Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyada 13 yaşlı məktəbli qızın xəsarət alması ilə nəticələnən hadisə baş verib. Avtosfer.az xəbər verir ki, Krasnoyarskda yeniyetmə qız yolu qaçaraq keçməyə çalışarkən buzun üzərində sürüşərək yerə yıxılıb. Həmin vaxt hərəkətdə olan avtomobil əvvəlcə sürətini azaltsa da, sürücü xanım səhvən qaz pedalına basıb. Nəticədə məktəbli nəqliyyat vasitəsinin altında qalıb və avtomobil onu bir neçə metr sürükləyib. Ətrafdakı insanların və sürücünün köməkliyi ilə qız avtomobilin altından çıxarılıb. Hadisə yerinə çağırılan təcili yardımın köməkliyi ilə yeniyetmə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
avtosfer.az

1Mənbələr